Bank Of Baku

Dünya bazarında pambığın qiyməti rekord həddə çatıb

Dünya bazarında pambığın qiyməti rekord həddə çatıb
# 16 oktyabr 2010 11:39 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Dünya bazarlarında pambığın bahalaşması davam edərək oktyabrın 15-də rekord həddə çatıb.

«APA-Economics»in məlumatına görə, Nyu-York birjasında dekabr ayı üzrə fyuçerslərdə pambığın qiyməti 4,3% artaraq 1,198 dollar/funt olub (2,64 dollar/kq). Ümumilikdə həftə ərzində pambığın qiyməti 10% artıb.

Belə sürətli bahalaşmanın səbəbi pambığın ən böyük istifadəçisi olan Çinin pambıq idxalını artıracağı barədə gözləntilər olub. Belə ki, ABŞ Kənd Təsərrüfatı Nazirliyinin proqnozlarına görə, 2010-11-ci illərdə Çində pambığa olan tələbat 10,886 mln. tona çatacaq. Bir il əvvəl bu göstərici 10,669 mln. ton. olub.

Xatırladaq ki, pambıq istehsal edən 100 ölkədən yalnız 5-i onu böyük həcmdə buraxır. Bunlar Çin (dünya pambıq istehsalının 25%-i), ABŞ (21%), Hindistan (12%), Pakistan (8%) və Özbəkistandır (5%). Ümumilikdə dünyada pambıq istehsalının 71%-i bu ölkələrin payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR