Bank Of Baku

Bakıda İran İslam Respublikasının V beynəlxalq sərgisi keçirilir

Bakıda İran İslam Respublikasının V beynəlxalq sərgisi keçirilir
# 16 oktyabr 2010 11:54 (UTC +04:00)
APA-nın məlumatına görə, oktyabrın 19-na qədər davam edəcək sərgidə əsasən İranın 20-dən artıq şirkətinin Ərdəbil, Qəzvin, Təbriz, Urmiya, Zəncan, Rəşt və Mazandaran şəhər və vilayətlərində istehsal olunan məhsulları sərgilənir.

Sərginin açılışında İranın Azərbaycandakı səfiri Məhəmmədbaqir Bəhrami bildirib ki, Azərbaycanda keçirilən növbəti sərgi iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasının daha bir sübutudur. Səfir bu kimi tədbirlərin ikitərəfli əlaqələrin genişlənməsində mühüm rol oynadığını vurğulayıb.

Qeyd edək ki, Kənd təsərrüfatı, məişət avadanlığı, idman avadanlıqları və yeyinti məhsulları sərginin əsas hissəsini təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR