Bank Of Baku

Azərbaycan spirtli içkilərin ixracını 27% artırıb

Azərbaycan spirtli içkilərin ixracını 27% artırıb
# 18 oktyabr 2010 13:50 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Cari ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən ümumi dəyəri 734,4 min ABŞ dolları olan 859,9 min litr spirt gətirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə gətirilən spirtin həcmi 26,3%, dəyəri isə 35,5% azalıb.

Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu dövrdə ölkəyə ümumi dəyəri 7 496,4 min dollar olan 4 384 015 litr spirtli içki gətirilib. Ötən ilin ilk 9 ayına nisbətən idxal olunan spirtli içkilərin həcmi 24,1%, dəyəri isə 7,1% azalıb.

Əvəzində bu dövrdə Azərbaycandan xaricə göndərilən spirtli içkilərin həcmində artım qeydə alınıb. Bu ilin ilk 9 ayında Azərbaycandan xaricə ümumi dəyəri 10 364,4 min dollar olan 6 683 558,3 litr spirtli içki ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac olunan spirtli içkilərin həcmi 27,3%, dəyəri 25,2% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR