Bank Of Baku

Azərbaycanda pambıq fermerlərdən xüsusi qəbzlə alınacaq

Azərbaycanda pambıq fermerlərdən xüsusi qəbzlə alınacaq
# 19 oktyabr 2010 13:12 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda pambıq emalı ilə məşğul olan müəssisələr pambıq becərən fermerlərdən pambığı qəbzlə alacaqlar. «APA-Economics»in məlumatına görə, Nazirlər Kabineti «Pambıq qəbulu qəbzinin forması və verilməsi Qaydaları»nı təsdiqləyib.

Qaydalara əsasən, pambıq qəbulu qəbzi pambığın alqı-satqısı ilə əlaqədar satıcı və alıcı arasında hesablaşmanın aparılması üçün əsas sənəddir. Pambıq emalı müəssisəsinin, pambıq istehsalçısı ilə bağladığı müqaviləyə əsasən pambığın qəbul edilməsi barədə istehsalçıya verdiyi pambıq qəbulu qəbzi ciddi hesabat blankı hesab olunacaq.

Pambıq qəbulu qəbzinin forma və rekvizitləri Maliyyə Nazirliyi tərəfindən təsdiq olunur, qəbzlərin çapı ilə yalnız ciddi hesabat blanklarının hazırlanması fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış şəxslər məşğul ola bilər. Üç nüsxədən ibarət tərtib edilən qəbzə nəzarət onun seriya və nömrələrinə əsasən həyata keçirilir.

Qaydalara görə, qəbzin üstündə pambıq emalı müəssisəsi və pambıq istehsalçısı barədə məlumatlar, onların vergi qeydiyyat nömrələri, pambığın növü və sortu, kəmiyyət və keyfiyyət göstəriciləri və s. məlumatlar olmalıdır. Tədarükçü qəbul etdiyi xam pambıq üçün istehsalçı ilə həmin qəbzlərə əsasən hesablaşmanı aparacaq. Ödəniş nağd formada və ya istehsalçıların hesablaşma hesabı olduqda, nağdsız hesablaşmalar şəklində həyata keçirilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR