Bank Of Baku

USAİD Zaqatalada yeni açılmış balıq inkubatoruna yardım göstərəcək

USAİD Zaqatalada yeni açılmış balıq inkubatoruna yardım göstərəcək
# 21 oktyabr 2010 10:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Zaqatalada yeni açılmış balıq inkubatoruna yardım göstərəcək.

USAİD-dən «APA-Economics»ə verilən məlumata görə, yeni inkubatordan Balakən, Zaqatala, Qax və Şəki rayonlarından olan 300-dən artıq balıq fermerləri faydalana biləcək: «Həmin inkubator USAİD tərəfindən dəstəklənir və 2011-ci ilin yazında istehsalata başlayacaq. Gələn il inkubator 1 mln. kimi, daha sonra isə hər il 2 mln. göl balığı sürfəsi istehsal etməyə gücü olacaq».

Yeni inkubator qızılxallı və ya nərə kimi göl balıqları üçün deyil, yalnız karp kimi balıqlar üçün sürfə istehsal edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR