Bank Of Baku

Xaricdən Azərbaycana cins inəklərin gətirilməsi bərpa olunur

Xaricdən Azərbaycana cins inəklərin gətirilməsi bərpa olunur
# 21 oktyabr 2010 10:51 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. «Aqrolizinq» Səhmdar Cəmiyyəti xaricdən Azərbaycana cins inəklərin gətirilməsi prosesini bərpa edib. Artıq bu ilin noyabrdan ölkəyə cins inəklərin yeni partiyasının gətirilməsinə başlanacaq. «APA-Economics»in məlumatına görə, bunu kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev bildirib.

Onun sözlərinə görə, bu ilin sonunadək ölkəyə 395 cins mal-qaranın gətirilməsi nəzərdə tutulub. Heyvanların qış ərəfəsində gətirilməsində məqsəd, soyuq iqlimli ölkələrdən gətirilən mal-qaranın Azərbaycan iqliminə uyğunlaşması prosesini asanlaşdırmaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR