Bank Of Baku

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi: Hindistandan idxal olunan camış ətinin tərkibi ilə bağlı heç bir problem yoxdur

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi: Hindistandan idxal olunan camış ətinin tərkibi ilə bağlı heç bir problem yoxdur
# 22 oktyabr 2010 10:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Hindistandan Azərbaycana ət idxalının dayandırılması ilə bağlı aparılan yoxlamaların nəticələri müəyyənləşib.

«APA-Economics»in məlumatına görə, Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev qeyd edib ki, bir qədər əvvəl Kənd Təsərrüfatı Nazirliyinin qərarı ilə Hindistandan Azərbaycana ət idxalı dayandırılıb və müvafiq yoxlamalar aparılıb: «Yoxlamalar onu göstərib ki, Hindistandan Azərbaycana gətirilən camış ətində heç bir xəstəlik və insan həyatı üçün təhlükəli bir əlamət yoxdur. Lakin ətin idxalı hələ də bərpa olunmayıb. Belə ki, idxal Azərbaycan Dövlət Baytarlıq Xidmətinin əməkdaşları Hindistana ezam olunduqdan, orada ət istehsalı, mal-qaranın epizotik şəraiti ilə tanış olduqdan sonra bərpa olunacaq. Əsasən camışların hansı şəraitdə kəsildiyi yoxlanılacaq».

Qeyd edək ki, Dövlət Baytarlıq Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, Hindistandan Azərbaycana ətin gətirilməsinin dayandırılması adi haldır. Belə ki, hər hansısa bir ölkədən Azərbaycana gətirilən ət 3-4 ildən bir yoxlanılır və məhz bunun nəticəsində idxal müvəqqəti olaraq dayandırılır.

Xatırladaq ki, Hindistandan Azərbaycana hər il 6-7 min ton camış əti idxal edilir və bunun əksəriyyəti kolbasa məmulatlarının istehsalında istifadə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR