Bank Of Baku

Azərbaycanda taxıl istehsalı kəskin azalıb

Azərbaycanda taxıl istehsalı kəskin azalıb
# 22 oktyabr 2010 11:18 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev bildirib.

Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin əsas prioritet sahələri taxılçılıq və heyvandarlıqdır. Lakin iqlim dəyişkliyi taxılçılıqda müəyyən problemlər yaradıb: «Ötən il ölkədə 3 mln. ton taxıl istehsal olunub ki, bu da ölkənin daxili tələbatını tam ödəyib. Bu il ərzində isə istehsal olunan taxılın həcmi 2 mln. tona yaxındır. Həcmin azalması iqlim dəyişkiliyi ilə əlaqədardır».

Nazir müavini onu da bildirib ki, bir sünbülün üzərində 20-25 ədəd buğda dənəsi olur, iqlim dəyişkliyi ilə əlaqədar buğda dənələrinin cəmi ikisi mayalanır: «Ümumiyyətlə, kənd təsərrüfatı sahəsinin iqlim dəyişiklikliyindən böyük asılılığı var».

B.Əliyev həmçinin qeyd edib ki, hazırda Azərbaycan torpaqlarının 47,8%-i korroziyaya məruz qalıb: «Biz bu torpaq sahələrini təmizləyib dövriyyəyə gətirmək niyyətindəyik».

Qeyd edək ki, bu ilin oktyabrın 1-i vəziyyətinə Azərbaycanda 936,3 min hektar taxıl sahəsi (qarğıdalısız) biçilib döyülüb və həmin sahələrdən ilkin çəkidə 1,863 mln. ton taxıl məhsulu götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR