Azərbaycanda kənd təsərrüfatı istehsalı bu il 3% azalıb
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hektarın orta məhsuldarlığı əvvəlki ilə nisbətən 6 sentner azalaraq 19,9 sentnerə enib. Bundan başqa, cari ildə 26,4 min hektar qarğıdalı sahəsindən qıçaları quru dənə çevirməklə 120,8 min ton məhsul toplanıb, hər hektardan orta hesabla 45,8 sentner qarğıdalı dəni götürülüb. Qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 1 983,8 min ton olub.
Mövsüm ərzində sahələrdən 928,1 min ton kartof, 1 104,7 min ton tərəvəz və 428,3 min ton bostan məhsulları toplanıb. Keçən ilin müvafiq dövrünə nisbətən kartof istehsalı 4%, bostan məhsulları istehsalı 5,4% artıb, tərəvəz istehsalı isə eyni səviyyədə qalıb. Eyni zamanda, hektarın orta məhsuldarlığı kartof üzrə 1 sentner, tərəvəz üzrə 2 sentner azalıb, bostan məhsulları üzrə isə 4 sentner artıb və uyğun olaraq 144, 140 və 135 sentner olub.
Ötən ilə nisbətən cari ildə pambığın əkin sahəsinin 42,2% artması məhsul istehsalında da özünü göstərib. Belə ki, oktyabrın 1-i vəziyyətinə emal müəssisələrinə 12,1 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 45,8% çox xam pambıq yığılıb satılıb.
Cari ildə pambıqçılıqla yanaşı tütünçülük sahəsində də artım olub. Belə ki, əkin sahəsinin 12,6% artması tütün yarpağı istehsalının 44,5% artmasına səbəb olub və qurudulmuş çəkidə 2,5 min ton tütün yarpağı yığılıb.
Bu il ərzində həmçinin, 8,5 min hektar sahədə emal üçün şəkər çuğunduru əkilib. Hazırda bu məhsulun yığımına başlanılıb və hesabat tarixinə artıq 1 690 hektar sahənin çuğunduru qazılıb və həmin sahələrdən hər hektardan 341 sentner olmaqla 57,7 min ton məhsul götürülüb.
Hesabat tarixinə həmçinin, 416 min ton və yaxud keçən ildəkindən 1 730 ton çox meyvə və giləmeyvə, 79,8 min ton və yaxud 2 989 ton çox üzüm məhsulu toplanıb. Yaşıl çay yarpağı yığımı isə 30,1% artaraq 468,5 tona çatıb.
Cari ilin doqquz ayı ərzində ölkə üzrə diri çəkidə 241,8 min ton ət, 1 157,5 min ton süd, 903,1 mln. ədəd yumurta və 14,8 min ton yun istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6,4%, süd istehsalı 7,6%, yumurta istehsalı 0,8%, yun istehsalı isə 2,5% artıb.
Oktyabrın 1-i vəziyyətinə ölkə üzrə 2 616,4 min baş qaramal, o cümlədən 1,260 mln. baş inək və camış, 8 458,5 min baş qoyun və keçi mövcud olub. Ötən il oktyabrın 1-i ilə müqayisədə qaramalın sayı 1,4%, o cümlədən inək və camışların sayı 0,8%, qoyun və keçilərin sayı isə 1% artıb.
Cari ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 2 894,3 mln. manat olub. Onun sabit qiymətlərlə dəyəri keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,4%, o cümlədən bitkiçilik məhsulları üzrə 9,2% azalıb, heyvandarlıq məhsulları isə 6,2% artıb. Kənd təsərrüfatının ümumi məhsulunun artım sürətinin keçən ilə nisbətən aşağı düşməsinə cari ildə taxıl istehsalının 981,6 min ton (33,1%) azalması təsir göstərib. Odur ki, taxıl istisna olmaqla bütövlükdə digər sahələr üzrə kənd təsərrüfatının ümumi məhsulu cari ilin doqquz ayında keçən ilin eyni dövrünə nisbətən 5,1% artıb.
Oktyabrın 1-i vəziyyətinə ölkənin meşəçilik təsərrüfatlarında istehsal edilib məhsul və xidmətlərin faktiki qiymətlərlə dəyəri 1 160,1 min manat olub.
Balıqçılıqla məşğul olan təsərrüfatlar tərəfindən 85 min manat dəyərində balıq ovlanıb.
Aqrar-sənaye kompleksi
“AzerGold” Zəfər Günü münasibətilə sosial aksiyalar təşkil edib
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər - FOTO - VİDEO
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Xəbər Lenti
Times: Britaniyada deportasiya qərarı verilmiş 20 minə yaxın əcnəbi cinayətkar qalır
Tramp: Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - FOTO
İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO - YENİLƏNİB
Qazaxda yük avtomobilinin sürücüsü sükan arxasında ölüb
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib