Bank Of Baku

Azərbaycan yaxın beş il ərzində ətə olan tələbatını tam ödəyəcək

Azərbaycan yaxın beş il ərzində ətə olan tələbatını tam ödəyəcək
# 25 oktyabr 2010 07:23 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə açıqlamasında Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev məlumat verib.

Onun sözlərinə görə, hazırda Azərbaycan ətə olan daxili tələbatın 70%-ni ödəyir ki, bura quş əti də daxildir: «Hazırda Azərbaycanın ətə olan illik tələbatı 80 min ton təşkil edir. Azərbaycanın 2008-2015-ci illəri əhatə edən Ərzaq təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı çərçivəsində artıq 2015-ci ilədək ölkənin ətə olan daxili tələbatı ödəyəcəyi gözlənilir».

Qeyd edək ki, oktyabrın 1-i vəziyyətinə ölkə üzrə 2 616,4 min baş qaramal, o cümlədən 1,260 mln. baş inək və camış, 8 458,5 min baş qoyun və keçi mövcud olub. Ötən il oktyabrın 1-i ilə müqayisədə qaramalın sayı 1,4%, o cümlədən inək və camışların sayı 0,8%, qoyun və keçilərin sayı isə 1% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR