Bank Of Baku

Kofenin qiyməti rekord həddə çatıb

Kofenin qiyməti rekord həddə çatıb
# 27 oktyabr 2010 15:30 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Dünya bazarında kofenin qiyməti rekord həddə çatıb. «APA-Economics»in məlumatına görə, Kofe İstehsalçıları Təşkilatı bildirib ki, 1997-ci il sentyabrın 18-dən indiyədək ilk dəfə olaraq Qitələrarası Birjada (ICE) kofe satışı üzrə fyuçerslərin qiyməti 2,035 dollar/funt (454 qram) səviyyəsinədək qalxaraq yni tarixi maksimum müəyyənləşdirib.

Kofenin kəskin bahalaşmasının əsas səbəbi havaların pis keçməsi ilə bağlı olub. Güclü yağışlar və çiskinli hava becərilən məhsulun keyfiyyətinə mənfi təsir edir. Belə ki, adətən quraqlıq olan aylarda yağışlar nəticəsində göbələk xəstəliyi epidemiyası baş verib. Nəticədə, əsas kofe istehsalçılarından olan Kolumbiya istehsal proqnozunu 11 mln. kisədən 9,5 mln. kisəyə endirib. Qeyd edək ki, istehsalçı ölkələr kofeni dünya bazarına 60 kiloqramlıq kisələrlə çıxarır.

Doğrudur, digər kofe istehsalçısı – Braziliya bu il məhsul yığımının gözlənilənldən artıq - 47,2 mln. kisə olacağını bildirib, amma bu bəyanat qiymətlərin artımını dayandırmayıb.

Səbəbi isə odur ki, Braziliyanın istehsal etdiyi arabika kofesi ICE-nin kofe zərfinə daxil deyil və ümumiyyətlə onun keyfiyyəti Kolumbiya və Mərkəzi Amerika kofesinə nisbətən aşağıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR