Bank Of Baku

«Azersun Holding»in rəhbəri Avropa Biznes Assambleyasının ali mükafatına layiq görülüb

«Azersun Holding»in rəhbəri Avropa Biznes Assambleyasının ali mükafatına layiq görülüb
# 28 oktyabr 2010 10:01 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan biznesinin Avropada müsbət imicinin gücləndirilməsində xüsusi rolu olan xeyriyyəçi iş adamı, «Azersun Holding»in İdarə Heyətinin sədri Abdulbari Goozal Avropada məşhur beynəlxalq Sokrat mükafatına layiq görülüb. «Azersun Holding»dən «APA-Economics»ə verilən məlumata görə, A.Goozal bu mükafata Azərbaycanda kənd təsərrüfatı və qeyri neft-sektorunun inkişafındakı roluna, Azərbaycanda, Cənubi Qafqaz və Orta Asiyada, o cümlədən, Avropada işgüzar fəaliyyətinə, elm və mədəniyyət sahəsində mövcud yüksək və peşəkar nailiyyətlərinə görə layiq görülüb.

Qeyd edək ki, Sokrat mükafatı beynəlxalq səviyyədə humanist dəyərlərin ən layiqli təmsilçisilərinə təqdim olunur. Bu mükafatın qaliblərini Beynəlxalq Sokrat Komitəsi seçir.

Xatırladaq ki, «Azersun Holding» Azərbaycanın qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR