Bank Of Baku

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 3% bahalaşıb

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 3% bahalaşıb
# 28 oktyabr 2010 11:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayında Azərbaycanda bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 0,5%, yanvar-sentyabr aylarında isə 2009-cu ilin müvafiq dövrünə nisbətən 2,8% bahalaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, sentyabr ayında birillik və ikiillik bitkilər üzrə qiymət indeksi əvvəlki aya nisbətən 100,2% təşkil edib. Bu bölmədə dənli bitkilər, paxlalı bitkilər və yağlı toxumların istehsalçı qiymətləri 1,7%, lifli bitkilərin 6%, tropik və subtropik meyvələrin 0,8%, sair meyvə ağacları, kol meyvələri və qoz-fındığın qiymətləri əvvəlki aya nisbətən 0,4% bahalaşıb, tərəvəz, bostan məhsulları, kökümeyvəli və köküyumruluların 1,1%, sitrus meyvələrin 0,7%, üzümün 8,8%, tumlu və çəyirdəkli meyvələrin istehsalçı qiymətləri isə 0,3% ucuzlaşıb.

Heyvandarlıq bölməsində iri-buynuzlu mal-qara və onların məhsullarının istehsalçı qiymətləri 1,7%, diri ev quşların və onların yumurtalarının 2% bahalaşıb, qoyun və keçilər, onların çiy südü və yunu isə 0,7% ucuzlaşıb.

Ay ərzində balıq və sair balıqçılıq məhsullarının qiymətləri 1,8% bahalaşıb, meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətləri isə 0,1% ucuzlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR