Bank Of Baku

Azərbaycanın kənd təsərrüfatı naziri Hollandiyada səfərdədir

Azərbaycanın kənd təsərrüfatı naziri Hollandiyada səfərdədir
# 02 noyabr 2010 11:45 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasovun rəhbərlik etdiyi nümayəndə heyəti «Kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və iqlim dəyişikliyi» mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Hollandiyada səfərdədir.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, səfər çərçivəsində İ.Abasov bu gün Niderland Krallığı Senatının sədri Rene van der Lindenlə görüşüb, ərzaq təhlükəsizliyi, iqlim dəyişikliyi və aqrar sahədə əlaqələrin genişləndirilməsi barədə fikir mübadiləsi aparıb.

Qeyd edək ki, konfrans noyabr ayının 5-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR