Bank Of Baku

Rusiyada dondurulmuş toyuq ətinin satışı qadağan olunur

Rusiyada dondurulmuş toyuq ətinin satışı qadağan olunur
# 03 noyabr 2010 12:58 (UTC +04:00)
Bakı - APA-Economics. Gələn il yanvarın 1-dən Rusiyada dondurulmuş toyuq ətinin satışı qadağan olunacaq.

APA-Economics”in “İnterfax”a istinadən xəbərinə görə, bu barədə Rusiyanın baş sanitar həkimi Gennadi Onişenko açıqlama verib.

Onun sözlərinə görə, 1 yanvar 2011-ci ildən qüvvəyə minəcək qadağa istər yerli, istərsə də xarici istehsal sayılan məhsullara şamil ediləcək: “Bütün toyuq əti məhsulları soyudulmuş vəziyyətdə satılmalıdır”.

Qeyd edək ki, Rusiya hökumətinin bu qərarı Ümumdünya Ticarət Təşkilatının (ÜTT) narazılığına səbəb olub. ÜTT hesab edir ki, dondurulmuş toyuq ətinin satışının qadağan olunması təşkilatın normalarına ziddir və heç bir elmi əsası yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR