Bank Of Baku

Bu il Azərbaycanda fermerlərə 23,2 mln. manat güzəştli kredit verilib

Bu il Azərbaycanda fermerlərə 23,2 mln. manat güzəştli kredit verilib
# 03 noyabr 2010 14:17 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin ilk 9 ayında Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nəzdindəki Kredit Agentliyinin xətti ilə ölkənin 46 regionunda aqrar sektorda çalışan 882 sahibkara cəmi 23,2 mln. manat güzəştli kredit verilib. Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, kreditlərdən 286-sı əkinçiliyə, 203-ü heyvandarlığa, 192-si taxılçılığa, 65-i üzümçülüyə, 55-i arıçılığa, 38-i bağçılığa, 33-ü quşçuluğa, 6-sı balıqçılığa, istixananın inkişafı, süni mayalanma və texnika və gübrənin alınması məqsədlərinin hər birinə 1 kredit ayrılıb. Agentliyin xətti ilə verilən kreditlərin orta həcmi 26,3 min manat təşkil edir. Bu kreditlərin nəticəsində 1620 yeni iş yeri açılıb.

Bu dövrdə Dünya Bankının dəstəyi ilə həyata keçrilən «Kənd Təsərrüfatının İnkişafı - II» kreditləşmə layihəsi çərçivəsində, birgə borclular qrupu və kredit ittifaqlarının 13 715 üzvünə 26,1 mln. manat məbləğində mikrokredit verilib. Həmin layihə çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə kənd təsərrüfatı məhsulların emalı ilə məşğul olan 66 sahibkara 7,5 mln. manat güzəştli kredit verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR