Bank Of Baku

Tiflisdə X beynəlxalq kənd təsərrüfatı texnologiyası sərgisi keçirilir

Tiflisdə X beynəlxalq kənd təsərrüfatı texnologiyası sərgisi keçirilir
# 03 noyabr 2010 14:32 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA-Economics. Bu gün Tiflisdə (Gürcüstan) fəaliyyət göstərən “Expo Georgia” Sərgi Mərkəzində X beynəlxalq kənd təsərrüfatı texnologiyası, yeyinti sənayesi və içki istehsalı sərgisi, qablaşdırma və istehsal sərgisi açılıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, sərgini Gürcüstanın kənd təsərrüfatı naziri Bakur Kvezereli açaraq qeyd edib ki, tədbir ölkələr arasında əlaqələrin qurulmasına xidmət edəcək və kənd təsərrüfatının inkişafına kömək edəcək.

50 şirkətin iştirak etdiyi beynəlxalq sərgidə Gürcüstanda istehsal olunan mallarla bərabər, Azərbaycan, Avstriya, Almaniya, İspaniya, Hindistan, İran, İtaliya, Livan, Fransa, Ukrayna, Türkiyə və digər ölkələrdə istehsal olunan mallar nümayiş etdirilir. Sərgi iştirakçıları sərgidə kənd təsərrüfatının müxtəlif sahələrində çalışan mütəxəssisləri ilə söhbətlər apara bilər və onlardan lazım olan məsləhətlər ala bilərlər.

Qeyd edək ki, sərgi noyabrın 6-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR