Bank Of Baku

Azərbaycanda kənd təsərrüfatı məhsulları oktyabrda təxminən 1% bahalaşıb

Azərbaycanda kənd təsərrüfatı məhsulları oktyabrda təxminən 1% bahalaşıb
# 04 noyabr 2010 13:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda 2010-cu ilin oktyabr ayında bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,9% bahalaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, birillik və ikiillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 3,7%, arpanın 4,6%, kartofun 4%, lobyanın 0,6%, pambığın 2,2%, quru otun 1,7%, soğanın 0,1%, sarımsağın 0,7%, bibərin 0,1%, qarpız və yemişin 1,8%, balqabağın qiyməti 18,7% bahalaşıb, şirin kartofun (batat) 0,5%, pomidorun 13,6%, xiyarın 3,7%, göy soğanın 0,7%, kələmin 5,4%, qırmızı turpun qiymətləri isə 12,6% ucuzlaşıb.

Çoxillik bitkilərdən üzümün istehsalçı qiymətləri 11,2%, heyvanın 1,8%, zoğalın istehsalçı qiymətləri 5% bahalaşıb, narın 7,9%, limonun 5,9%, qozun 2,7%, fındığın 1,3%, almanın qiyməti isə 0,9% ucuzlaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından iribuynuzlu qaramalın istehsalçı qiymətləri 1,1%, mal ətinin (diri çəkidə) 0,2%, inək südünün 4,4%, camış südünün 0,1%, erkək qoyunların 1,1%, qoyun və keçi südünün 1,1%, qoyun və keçilərin qırxılmış, yuyulmamış yunu 2,9%, yumurtanın 6,8%, təbii balın qiymətləri 3,7% bahalaşıb, cöngənin 3,2%, diri qoyun və keçilərin 1,4%, qoyun ətinin (diri çəkidə) 0,1%, diri qazların 1,8%, quş ətinin (diri çəkidə) qiyməti isə 0,1% ucuzlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR