Bank Of Baku

«Azersun Hodling» Mərkəzi Asiya bazarına məhsul ixracını artıracaq

«Azersun Hodling» Mərkəzi Asiya bazarına məhsul ixracını artıracaq
# 08 noyabr 2010 07:59 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın ən böyük ərzaq istehsalçısı olan «Azersun Holding» Şirkətlər Qruppu öz məhsullarının Mərkəzi Asiya bazarına ixracını genişləndirmək niyyətindədir. Holdinqdən «APA-Economics»ə verilən məlumata görə, bu məsələ şirkətin prezidenti Abdolbari Goozalın Özbəkistana səfəri zamanı bu ölkənin rəsmiləri, o cümlədən Özbəkistanın baş naziri ilə keçirdiyi görüşlərdə müzakirə edilib. Görüşdə Özbəkistanın baş naziri Şəvkət Mirziəyev «Azersun Holding»ə Özbəkistana investisiya qoymağı təklif edərək bunun üçün geniş ərazi ayrılacağını bildirib. Hazırda «Azersun Holding»in mütəxəssisləri tərəfindən Özbəkistanda investisiya imkanları və marketinq araşdırmaları aparılır.

Xatırladaq ki, noyabrın 5-7-də Daşkənddə Azərbaycanın Milli Sərgisi keçirilib. Azərbaycanın 170-ə qədər şirkətinin iştirak etdiyi sərgidə 1700-dək mal və xidmətlər nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR