Bank Of Baku

«Aqrolizinq» kotirovka sorğusu keçirir

«Aqrolizinq» kotirovka sorğusu keçirir
# 09 noyabr 2010 07:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Aqrolizinq» ASC cins damazlıq qaramalın yemlənməsi üçün yemlərin İnkoterms-2000 (DDP) şərti ilə satın alınmasına dair kotirovka sorğusu keçirir.

Cəmiyyətdən «APA-Economics»ə verilən məlumata görə, sorğuda 90 ton yonca otunun, 35 ton qarışıq qüvvəli yemin və 30 ton küləşin alınması qeyd olunub.

Qeyd edək ki, sorğuda iştirak etmək istəyənlər «Aqrolizinq» ASC-nin baş ofisi (Bakı şəhəri, B Bünyadov küçəsi, 12) ilə əlaqə saxlaya bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR