Pambığın qiyməti son 14 ildə ən yüksək həddə çatıb
Dünya bazarında pambığın qiyməti tarixində ən yüksək həddə çatıb - ötən gün Nyu-York birjasındakı hərraclarda pambığın bir funtu (454 qram) 1,47 dollara satılıb. Halbuki ötən həftənin sonunda pambığın qiyməti 1,43 dollara çatanda bu, son 14 ildə ən yüksək qiymət sayılırdı. Ondan sonra isə qiymətlər daha 3% artıb. Təkcə son 10 gün ərzində pambıq 15% bahalaşıb, ilin əvvəlindən indiyədək isə qiymət artımı 88%-i keçib.
Pambığın ətrafında yaranan ajiotajın əsas səbəbi Çindir. Dünyanın ən böyük toxuculuq sənayesinə malik olan Çində pambıq yığımının azalması, eyni vaxtda toxuculuq sənayesinin istehsalı artırması nəticəsində ölkədə pambığa tələbat kəskin artıb. Ötən il Çində və Pakistanda məhsuldarlığın az olması anbarlarda pambıq ehtiyatını azaldıb. Çində quraqlıq, Pakistanda daşqınlar məhsuldarlığı aşağı salıb. Britaniyanın “Cotlook” şirkətinin proqnozlarına görə, bu il Çində pambıq istehsalının 6,4 mln. ton olacağı gözlənilir ki, bu da ötən ildən 7,9% azdır. Çin şirkətləri ölkədəki pambıq qıtlığını xaricdən pambıq idxal etməklə aradan qaldırmağa çalışır ki, bu da qiymətlərin kəskin artmasına səbəb olub. Bu il qışın sərt keçəcəyi barədə proqnozlar da qiymətlərə təsir edib. Nəticədə Çin birjalarında pambığın 1 tonunun qiyməti ən yüksək həddə - 4689 dollara qalxıb.
Ekspertlər şübhə etmirlər ki, pambığın qiymətinin artması geyim istehsalçılarını öz məhsullarını bahalaşdırmağa məcbur edəcək. Pambığın belə bahalaşması özünü pambıq parçaların, məmulat və geyimlərin qiymətində göstərəcək. Ekspertlər ilk növbədə məşhur cinslərin bahalaşacağını gözləyirlər - onların tərkibinin 98%-i pambıqdır. Ümumiyyətlə, toxuculuq sənayesində xammal və materiallar maya dəyərində 50%-dən çox təşkil etdiyinə görə istehsalçıların bir hissəsi pambığı süni liflərlə əvəzləyirlər. Bu üsul maya dəyərini təqribən 30% azaltmağa imkan verir. Pambığın əvəz edilməsi mümkün olmayan məmulatların qiyməti isə azı 30% bahalaşacaq. Bura yataq ağları, dəsmallar, pərdə və tibbi təyinatlı mallar daxildir.
İlkin proqnozlara görə, pambıq ətrafındakı proseslər gələn il geyim əşyalarının 10-20% bahalaşması ilə nəticələnəcək. Artıq bəzi iri geyim istehsalçıları – “Levi Strauss”, “Guess Inc.”, “Kohl’s Corp” və “Aeropostale Inc.” məhsullarının qiymətini artıracaqlarını bildiriblər.
Aqrar-sənaye kompleksi
“AzerGold” Zəfər Günü münasibətilə sosial aksiyalar təşkil edib
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər - FOTO - VİDEO
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Xəbər Lenti
Times: Britaniyada deportasiya qərarı verilmiş 20 minə yaxın əcnəbi cinayətkar qalır
Tramp: Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - FOTO
İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO - YENİLƏNİB
Qazaxda yük avtomobilinin sürücüsü sükan arxasında ölüb
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib