Bank Of Baku

Azərbaycanda intensiv bağçılıq və tingçiliyin inkişafı ilə bağlı 7 investisiya layihəsi güzəştli şərtlərlə maliyyələşdiriləcək

Azərbaycanda intensiv bağçılıq və tingçiliyin inkişafı ilə bağlı 7 investisiya layihəsi güzəştli şərtlərlə maliyyələşdiriləcək
# 10 noyabr 2010 14:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycan İqstiadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) intensiv bağçılığın və tingçiliyin inkişafı üzrə güzəştli qaydada maliyyələşdiriləcək investisiya layihələrinin adlarını elan edib.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən SKMF-in icraçı direktoru Şirzad Abdullayev intensiv bağçılığın və tingçiliyin (alma, armud, üzüm, ərik, şaftalı, nar, xirnik, gilas, almalı, gavalı, göyəm, alça, zeytun, zoğal, subtropik və sitrus meyvə bağlarının salınması) inkişafı üzrə investisiya layihələrinin bu gündən etibarən maliyyələşdirilməsinə başlanıldığını bildirib: «Fonda daxil olmuş 12 investisiya layihəsindən 7-si seçilib ki, onların ümumi dəyəri 4,5 mln. manat, kredit tələbatı isə 2,2 mln. manat təşkil edir. Layihələrin 3-ü Quba-Xaçmaz, 2-si Aran, 1-i Abşeron, 1-i isə Lənkəran iqtisadi rayonlarında həyata keçiriləcək».

Ş.Abdullayev onu da qeyd edib ki, sözügedən layihələrin icrası nəticəsində 4 hektar alma, 50 hektar üzüm, 26 hektar nar, 200 hektar zeytun, 15 hektar xirnik, 4 hektar ərik, 1 hektar alça bağı salınacaq, ildə 50 ton alma, 2 min ton üzüm, 167,4 ton nar, 2 min ton zeytun, 156 ton xirnik, 36,4 ton ərik, 5,2 ton alça istehsalı və 12 hektar sahədə 318 min ədəd ting yetişdirilməsi imikanı yaranacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR