Bank Of Baku

Ağdamda müasir cins iribuynuzlu heyvandarlıq kompleksi istifadəyə verilib

Ağdamda müasir cins iribuynuzlu heyvandarlıq kompleksi istifadəyə verilib
# 12 noyabr 2010 15:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Ağdam rayonunun Əfətli kəndində Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan (SKMF) alınmış güzəştli kreditləri hesabına «Qara inək fermer təsərrüfatı» MMC tərəfindən inşa olunmuş 450 başlıq müasir cins heyvandarlıq kompleksi istifadəyə verilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, kompleksin inşasında Almaniyanın «West Falia» şirkətinin istehsalı olan müasir avadanlıq və texnologiyadan istifadə edilib. Kompleksə Almaniyadan 200 baş südlük istiqamətli cins inəklər (holşteyn-friz) gətirilib ki, bu inəklər yüksək məhsuldarlığa malik olmaqla laktasiya dövründə (305 gün ərzində) 7-7,5 min litr südvermə qabiliyyətinə malikdir.

Əsas hissəsi güzəştli kreditlər hesabına olmaqla yaradılan digər 3 heyvandarlıq kompleksində isə tikinti işlərinin 2011-ci ilin I yarısında başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, 2010-cu ildə südlük cins iribuynuzlu heyvandarlıq komplekslərinin yaradılması məqsədilə SKMF tərəfindən sahibkarlıq subyektlərinin təqdim etdiyi ümumi kredit tələbatı 11,9 mln. manat olan 4 investisiya layihəsinin (4 650 başlıq 4 heyvandarlıq kompleksi) güzəştli qaydada maliyyələşdirilməsi barədə qərar qəbul olunub və həmin layihələrin mərhələlərlə maliyyələşdirilməsinə başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR