Bank Of Baku

Azərbaycanda taxıl istehsalı son bir ildə 33% azalıb

Azərbaycanda taxıl istehsalı son bir ildə 33% azalıb
# 18 noyabr 2010 09:05 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə həmçinin 953,5 min ton kartof, 1 157,4 min ton tərəvəz, 560,2 min ton meyvə və giləmeyvə, 433 min ton bostan məhsulları, 108,3 min ton üzüm, 3,1 min ton tütün, 179 min ton şəkər çuğunduru, 530,5 ton yaşıl çay yarpağı toplanıb. Bununla yanaşı, noyabrın 1-dək ölkədə 28,1 min ton pambıq toplanıb və emal müəssisələrinə təhvil verilib.
Eyni zamanda, ilin əvvəlindən keçən vaxt ərzində diri çəkidə 271,7 min ton ət, 1 281,1 min ton süd, 992,9 mln. ədəd yumurta və 15,3 min ton yun istehsal olunub ki, 2009-cu ilin müvafiq dövrünə nisbətən ət istehsalı 6,9%, süd istehsalı 7,6%, yumurta istehsalı 0,1%, yun istehsalı isə 3,1% artıb.
Beləliklə, bitkiçilik sahəsində məhsul istehsalı 10,1% azalıb, heyvandarlıq sahəsində 6,4% artıb, kənd təsərrüfatının ümumi məhsulu isə ötən ilki səviyyədən 3,8% aşağı olub.

Qeyd edək ki, kənd əməkçiləri gələn ilin məhsulu üçün 714,1 min hektar sahədə şum qaldırıb, 332,8 min hektar sahədə dən üçün taxıl, o cümlədən 204,2 min hektar sahədə buğda, 128,6 min hektar sahədə arpa səpib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR