Azərbaycanda unun bahalaşması çörəyin qiymətinə təsir edib - ARAŞDIRMA
«Sərham» MMC-nin özündə isə çörəyin qiymətinin artırılmadığı bildirilir. Zavodun baş texnoloqu Zərbəli Quliyev «APA-Economics»ə bildirib ki, hazırda müəssisə çörəyi əvvəlki kimi iki çəkidə (550-560 qram və 780-820 qram) buraxır. Şirkət 550-560 qramlıq çörəyi yenə də 25 qəpiyə (mağazada 30 qəpiyə), 780-820 qramlıq çörəyi isə 35 qəpiyə (mağazada 40 qəpiyə) satır. Bu gün baş verən dəyişikliklər isə zavodun 40 qəpiklik çörəklərin istehsalını artırması ilə bağlıdır. Buna səbəb belə çörəklərin istehsalı zamanı itkilərin nisbətən az olmasıdır.
Çörək istehsalı prosesinin detallarını izah edən texnoloqun sözlərinə görə, kiçik ölçülü çörəklərin istehsalı zamanı hər çörəkdən itki 120 qram, iri çörəklərin istehsalında isə təqribən 100 qram təşkil edir: «Bunu nəzərə alanda zavodda hər gün 2 tonluq itki yaranırdı. Ona görə zavod iri çörəklərin istehsalını artırmağı, nisbətən kiçik çörəklərin istehsalını isə azaltmağı qərara alıb. Belə ki, indiyədək zavodda hər gün 30 min kiçik, 30 min böyük çörək istehsal olunurdusa, indi kiçik çörəklərin istehsalı 20 minə düşüb, iri çörəklərin sayı isə 40 minədək artırılıb».
Mütəxəssisin sözlərinə görə, çəki və qiymət dəyişmələri əhali üçün nəinki ziyanlı, əksinə, hətta sərfəlidir: «Dəyişmələrdən sonra əvvəlki pulla indi daha çox çəkiyə malik çörək almaq olur».
Qeyd edək ki, adı çəkilən müəssisənin istehsal etdiyi çörəyin qiyməti ilə yanaşı, çəkisinin də təqribən 250 qram artdığını satış məntəqələri də təsdiqləyib.
Zavodda dəyişikliklərin son günlər taxılın və unun qiymətinin artması ilə əlaqəli olmadığını desələr də, etiraf edirlər ki, qiymət artımı nəticəsində bir qədər əvvəl çörəklərin çəkisində müəyyən azalma baş verib: «Budəfəki dəyişiklik isə yalnız itkiləri azaltmaq məqsədi daşıyır».
Xatırladaq ki, son günlər Bakının topdansatış məntəqələrində unun qiymətinin sürətlə artması müşahidə olunur. İki gün əvvəl kisəsi (50 kq) 21-22 manata satılan «Jalə» və «Karnaval» ununun qiyməti indi müvafiq olaraq 24,5 manat və 25 manata qalxıb. Topdansatış mağazaları və dəyirmanlarda bunu taxılın bahalaşması ilə izah edirlər. Ölkənin şimal regionlarını və Bakını unla təmin edən «Dəvəçi Dəyirman» MMC-nin direktoru Nazim Ağayev «APA-Economics»ə bildirib ki, dəyirmanın istifadə etdiyi Qazaxıstandan gətirilən taxılın qiyməti son bir ayda 1 ton üçün 60 ABŞ dolları bahalaşıb: «Bir ay əvvəl Qazaxıstandan taxılın tonunu 280-285 dollara alırdıq, indi bu qiymət 330-335 dollara qalxıb. Bunun üstünə ƏDV-ni də gələndə, qiymət fərqi 60-65 dollara çatır». Taxılın qiymətindəki dəyişiklik nəticəsində dəyirmanın istehsal etdiyi unun kisəsinin qiyməti də 18 manatdan 20 manata (dəyirmandan satış qiyməti) qalxıb.
Bununla yanaşı, ticarət məntəqələrində bildirirlər ki, unun bahalaşmasına baxmayaraq, əhali arasında una və çörəyə tələbat dəyişməyib.
Qeyd edək ki, son vaxtlar unun qiymətinin artması Bakının bəzi çörək sexlərində buraxılan çörəyin nisbətən yüngülləşməsi ilə nəticələnib. Eyni qiymətə satılan çörəyin çəkisi 80-100 qram azalıb. Analoji dəyişikliklər ölkənin regionlarında da müşahidə olunub. Göyçay, Ucar və Zərdab rayonlarında son günlər unun və çörəyin qiymətində kəskin artım müşahidə olunur. Bir neçə gün əvvəl 20 manata satılan un kisəsi indi Ucar rayonunda 24 manata, Göyçayda 24,5 manata, Zərdabda 25 manata satılır. Burda çörək əvvəlki kimi 30 qəpiyə satılsa da, onun çəkisi 200 qram azalaraq 450 qrama düşüb.
İqtisadi İnkişaf Nazirliyindən isə «APA-Economics»ə bildirilib ki, Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ərzaq malları, o cümlədən çörək bazarında mütəmadi monitorinq aparır.
Aqrar-sənaye kompleksi
“AzerGold” Zəfər Günü münasibətilə sosial aksiyalar təşkil edib
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər - FOTO - VİDEO
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Xəbər Lenti
Times: Britaniyada deportasiya qərarı verilmiş 20 minə yaxın əcnəbi cinayətkar qalır
Tramp: Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - FOTO
İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO - YENİLƏNİB
Qazaxda yük avtomobilinin sürücüsü sükan arxasında ölüb
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib