Bank Of Baku

Daşkəsəndə müasir ət emalı müəssisəsi və soyuducu anbar kompleksi istifadəyə verilib

Daşkəsəndə müasir ət emalı müəssisəsi və soyuducu anbar kompleksi istifadəyə verilib
# 19 noyabr 2010 12:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Daşkəsən rayonunda əsas hissəsi Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) güzəştli kreditləri hesabına inşa olunmuş «Elba» MMC-yə məxsus ət emalı müəssisəsi fəaliyyətə başlayıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, müəssisə müasir texnologiyaya əsaslanan, Almaniyanın «Banth», «Bither» və «Seracold» şirkətlərinin istehsalı olan avadanlıqlarla təchiz edilib. İstehsal edilən məhsulların saxlanılması məqsədilə müəssisənin yaxınlığında tikilmiş tutumu 1 000 ton olan soyuducu anbar kompleksi də istifadəyə verilib.

Ət emalı müəssisəsində bir iş növbəsi ərzində 65-70 baş iribuynuzlu, yaxud 150 baş xırdabuynuzlu heyvanların kəsilməsi, soyulması, təmizlənməsi, hissələrə ayrılması və emal bölməsinə daşınması, sifarişdən asılı olaraq ət məhsullarının müxtəlif ölçülərdə və çeşidlərdə qablaşdırılması, saxlamaya göndərilməsi və digər proseslər tam avtomatlaşdırılıb.

Bu emal müəssisəsi Daşkəsən və ətraf rayonlarda heyvandarlıqla məşğul olan təsərrüfatların inkişafını stimullaşdırmaqla yanaşı, əhalinin yüksək keyfiyyətli, sanitar-gigiyenik tələblərə cavab verən, ekoloji cəhətdən təmiz ət məhsulları ilə təminatına şərait yaradacaq.

Emal olunmuş və qablaşdırılmış ət və ət məhsullarının saxlanılması məqsədilə «Elba» MMC tərəfindən inşa olunmuş tutumu 1 000 ton olan soyuducu anbar kompleksində isə istehsal olunan məhsulun saxlanılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR