Bank Of Baku

Azərbaycanda kiçik fermerlərə birləşmək tövsiyə olunur

Azərbaycanda kiçik fermerlərə birləşmək tövsiyə olunur
# 20 noyabr 2010 12:18 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanda hələ də pay torpaqlarından səmərəli istifadə edilməməsinə dair çoxlu sayda faktlar mövcuddur. APA-nın məlumatına görə, bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov bildirib.

Q.Məmmədovun sözlərinə görə, bir qrup insan torpağından səmərəli istifadə etmir və bunun da səbəbi onların Azərbaycandan kənarda işləməsi və s. bu kimi amillərlə bağlıdır.

«Öz növbəsində belə hallar torpaqların münbitsizləşməsinə gətirib çıxarır. Bunun aradan qaldırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə ehtiyac var», - deyə komitə sədri əlavə edib.

Q.Məmmədov təklif edib ki, hazırda kiçik pay torpaqlara malik fermerlərin müasir texnologiyaları tətbiq etməsi çox çətindir. Buna görə də kiçik fermerlər birləşməli, kollektiv sistemi yaratmalıdırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR