Bank Of Baku

Rusiya hökuməti taxıl ehtiyatlarının yarısını satışa çıxarır

Rusiya hökuməti taxıl ehtiyatlarının yarısını satışa çıxarır
# 22 noyabr 2010 08:26 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya hökuməti 2011-ci ilin iyul ayına kimi Müdaxilə Fondunda olan taxılın yarıdan çoxunu daxili bazarda satmaq qərarına gəlib.

APA-Economics”in “Vedomosti”yə istinadən xəbərinə görə, bu addım ölkədə buğdanın qiymətinin ucuzlaşmasına səbəb olacaq.

Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, 1 il ərzində (1 iyul 2010 - 30 iyun 2011) ölkədə taxıl istehlakı 77 mln. ton olacaq.

Xatırladaq ki, bu ilin yayında Rusiyada baş verən quraqlıq və meşə yanğınları ilə əlaqədar olaraq avqustun 15-dən ölkədən taxıl ixracına qadağa qoyulub. Hökumətin qərarı ilə qadağanın müddəti 2010-cu ilin sonunda bitməli idi. Lakin bu ilin oktyabr ayında qadağanın müddətini 2011-ci il iyul ayının 1-dək uzadıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR