Bank Of Baku

Azərbaycan Londonda «Şərab Evi» açacaq

Azərbaycan Londonda «Şərab Evi» açacaq
# 25 noyabr 2010 09:39 (UTC +04:00)
Şirkətin direktoru Naiq Məhəmmədhəsənov «APA-Economics»ə bildirib ki, artıq Britaniya şirkətlərindən biri bu ölkədə «Tovuz-Baltiya»nın distribüteri olmasını təklif edib.

Hazırda şirkət Avropa ölkələrindən Macarıstana və Estoniyaya da məhsul göndərmək barədə danışıqlar aparır. N.Məhəmmədhəsənovun sözlərinə görə, indi avropalılar daha çox heyva və nardan çəkilmiş şərab almaq istəyirlər. Şirkət rəhbərinin sözlərinə görə, «Tovuz-Baltiya»nın məhsullarına Avropada marağın artmasının əsas səbəbi bu məhsulların hava limanındakı ticarət məntəqələrində - «Duty Free»də satılması olub.

N.Məhəmmədhəsənovun sözlərinə görə, ümumilikdə şirkətin istehsalını yalnız 20%-i daxili tələbata sərf olunur, məhsulların 80%-i ixrac edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR