Bank Of Baku

Britaniya ekspertləri klonlaşdırılan heyvanların ətinin təhlükəsiz olduğunu bildirir

Britaniya ekspertləri klonlaşdırılan heyvanların ətinin təhlükəsiz olduğunu bildirir
# 27 noyabr 2010 09:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA. Britaniyanın qida məhsulları üzrə mütəxəssisləri klonlaşdırılan (vegetativ çoxalma nəticəsində əmələ gələn) heyvanların ətini istehlakçılar üçün təhlükəsiz olduğunu hesab edirlər. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, sözügedən məhsulların yoxlanılması İngiltərədə onların satışı halları barədə məlumat daxil olduqdan sonra həyata keçirilib. Belə ki, Böyük Britaniyanın Qida standartları üzrə Agentliyi klonlaşdırılan heyvanların ətinin satışı ilə bağlı 3 fakt qeydə alıb.

Qeyd edək ki, ətin təhlükəsizliyinin qiymətləndirilməsi Britaniyanın yeni qida məhsulları və qida sənayesi texnologiyaları üzrə Məşvərət Şura tərəfindən aparılıb və onun adi heyvanların ətindən fərqlənmədiyi müəyyənləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR