Bank Of Baku

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri son bir ildə 3,2% artıb

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri son bir ildə 3,2% artıb
# 29 noyabr 2010 07:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabr ayında Azərbaycanda bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 0,9%, yanvar-oktyabr aylarında isə 2009-cu ilin müvafiq dövrünə nisbətən 3,2% bahalaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin oktyabr ayında birillik və ikiillik bitkilər üzrə qiymət indeksi əvvəlki aya nisbətən 100,9% təşkil edib. Bu bölmədə dənli bitkilər, paxlalı bitkilər və yağlı toxumların istehsalçı qiymətləri 3,5%, lifli bitkilərin qiymətləri 2,1% bahalaşıb, tərəvəz, bostan məhsulları, kökümeyvəli və köküyumruluların istehsalçı qiymətləri əvvəlki aya nisbətən 1,9% ucuzlaşıb.

Çoxillik bitkilərdən üzümün istehsalçı qiymətləri 11,2% bahalaşıb, tropik və subtropik meyvələrin 7,1%, sitrus meyvələrin 5,1%, sair meyvə ağacları, kol meyvələri və qoz-fındığın 0,8%, tumlu və çəyirdəkli meyvələrin qiymətləri 0,9% ucuzlaşıb.

Heyvandarlıq bölməsində iri-buynuzlu mal-qara və onların məhsullarının istehsalçı qiymətləri 2,3%, diri ev quşların və onların yumurtalarının istehsalçı qiymətləri 1,9% bahalaşıb, qoyun və keçilər, onların çiy südü və yunu isə 0,5% ucuzlaşıb.

Ay ərzində balıq və sair balıqçılıq məhsullarının və meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində heç bir dəyişiklik olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR