Bank Of Baku

Azərbaycan spirtli içkilərin ixracını 20% artırıb

Azərbaycan spirtli içkilərin ixracını 20% artırıb
# 29 noyabr 2010 13:58 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən ümumi dəyəri 891,2 min ABŞ dolları olan 1 019,4 min litr spirt gətirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə gətirilən spirtin həcmi 15,45%, dəyəri isə 25,63% aşağı düşüb.

Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu dövrdə ölkəyə ümumi dəyəri 8 130,3 min dollar olan 4 544,8 min litr spirtli içki gətirilib. Keçən ilin ilk 10 ayına nisbətən ölkəyə gətirilən spirtli içkilərin həcmi 24,6%, dəyəri isə 5,56% azalıb.

Əvəzində bu dövrdə Azərbaycandan xaricə göndərilən spirtli içkilərin həcmində artım qeydə alınıb. Bu ilin ilk 10 ayında Azərbaycandan xaricə ümumi dəyəri 10 642,3 min dollar olan 7 037,429 min litr spirtli içki ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac olunan spirtli içkilərin həcmi 20,2%, dəyəri 18,56% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR