Bank Of Baku

Azərbaycan tütün ixracını artırıb

Azərbaycan tütün ixracını artırıb
# 29 noyabr 2010 14:50 (UTC +04:00)
Ötən ilin eyni dövrünə nisbətən ölkəyə gətirilən tütünün həcmi 4,77% azalıb, dəyəri isə əksinə, 41,1% artıb.

İlin ilk 10 ayında Azərbaycana xaricdən ümumi dəyəri 179 689,8 mln. dollar olan 9 122 983,4 min ədəd tütün məmulatı gətirilib. Ötən ilin ilk 10 ayı ilə müqayisədə ölkəyə gətirilən tütün məmulatlarının həcmi 0,25%, dəyəri isə 2,76% artıb.

Hesabat dövründə Azərbaycandan xaricə ümumi dəyəri 4 258,6 mln. dollar olan 1 604,6 ton tütün ixrac edilib. Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə ixrac olunan tütünün həcmi 6,97%, ümumi dəyəri 21,3% artıb.

İlk 10 ayda ölkədən xaricə ümumi dəyəri 936,1 min dollar olan 116,090 mln. ədəd tütün məmulatı ixrac edilib. Ötən ilə nisbətən ixrac olunan tütün məmulatının həcmi 28% azalıb, onun dəyəri isə 6,5% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR