Bank Of Baku

Rusiyanın daxili bazarında taxıl qalığı yaranıb

Rusiyanın daxili bazarında taxıl qalığı yaranıb
# 30 noyabr 2010 12:01 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiyanın cənubunda 10 mln. ton taxıl yığılıb qalıb. “APA-Economics”in “Vedomosti”yə istinadən xəbərinə görə, buna səbəb hökumətin taxıl ixracına qadağa qoyması, daxili bazarda satmaq üçünsə infrastrukturun olmamasıdır.

Qəzet xatırladır ki, oktyabrda cənubdan cəmi 400 min ton buğda aparılıb. Son 10 il ərzində Rusiyanın cənubunda istehsal edilən taxıl yalnız ixrac üçün nəzərdə tutulub, ölkənin mərkəz hissəsi isə Sibir buğdası alıb. Hökumətin taxıl ixracına qadağa qoyması səbəbindən anbarlarda ixrac üçün nəzərdə tutulmuş 12 mln. ton taxıl qalıb.

Xatırladaq ki, bu ilin yayında Rusiyada baş verən quraqlıq və meşə yanğınları ilə əlaqədar olaraq avqustun 15-dən ölkədən taxıl ixracına qadağa qoyulub. Hökumətin qərarı ilə qadağanın müddəti 2010-cu ilin sonunda bitməli idi. Lakin bu ilin oktyabr ayında qadağanın müddətini 2011-ci il iyul ayının 1-dək uzadıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR