Bank Of Baku

Azərbaycanda bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri bahalaşıb

Azərbaycanda bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri bahalaşıb
# 03 dekabr 2010 11:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin noyabr ayında Azərbaycanda bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,8% bahalaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, birillik və ikiillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 8,2%, arpanın 0,4%, lobyanın 0,7%, kələmin 7,2%, xiyarın 17,4%, yerkökünün 1,9%, soğanın 0,3%, göy soğanın 4,2%, kartofun 0,8%, quru otun 3,3%, yoncanın istehsalçı qiymətləri 4,3% bahalaşıb, qarğıdalının qiymətləri 12,3%, pomidorun 0,8%, balqabağın istehsalçı qiymətləri isə 6,3% ucuzlaşıb.

Çoxillik bitkilərdən əzgilin istehsalçı qiymətləri 2,3%, limonun 1,6%, naringinin 15,1%, almanın 2,5%, armudun 8,2%, şabalıdın 0,7%, qozun 1,9%, ağac və kol tinglərinin istehsalçı qiymətləri 1,5% bahalaşıb, üzümün 0,9%, xurmanın 5,2%, narın istehsalçı qiymətləri isə 3% ucuzlaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından mal ətinin (diri çəkidə) istehsalçı qiymətləri 0,2%, inək südünün 0,2%, camış südünün 0,1%, diri qoyun və keçilərin 0,3%, ana qoyunun 1,5%, qoyun südünün 4,4%, qoyun ətinin (diri çəkidə) 5%, diri qazların 20%, ördəyin qiymətləri 14,2% bahalaşıb, hind toyuğunun qiymətləri 1,5%, quş ətinin (diri çəkidə) 0,3%, qoyun və keçilərin qırxılmış, yuyulmamış yunu 1,6%, yumurtanın istehsalçı qiymətləri isə 0,5% ucuzlaşıb.

Ay ərzində balıq və sair balıqçılıq məhsullarının istehsalçı qiymətlərində 1,5% ucuzlaşma müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR