Bank Of Baku

Azərbaycan gələn il Gürcüstana 150-170 traktor satacaq

Azərbaycan gələn il Gürcüstana 150-170 traktor satacaq
# 06 dekabr 2010 11:04 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu il Gəncə Avtomobil Zavodunda «Maz» tipli 856 avtomobil istehsal olunub. İlin sonuna kimi bu avtomobillərin sayının 900-ə çatacağı gözlənilir. Bundan başqa, ilin sonunadək müxtəlif növ 781 traktor, eləcə də 500-dən artıq asma avadanlıqların istehsal olunması nəzərdə tutulub.

Zavodun direktoru Xanlar Fətiyev «APA-Economics»ə bildirib ki, bu il zavod xaricə texnika göndərməyib. Yalnız Gürcüstana 12 traktor göndərilib, amma indi aparılan danışıqlara əsasən, gələn il Gürcüstana 150-170 traktorun göndərilməsi nəzərdə tutulur.

Gələcəkdə zavodda istehsal olunan traktorların Türkiyəyə də ixracı gözlənilir. Bu məqsədlə zavodun Türkiyədə nümayəndəliyi açılıb və Gəncə istehsalı olan 3 traktor hazırda Türkiyədə testdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR