Bank Of Baku

Rusiyanın taxıl ehtiyatları məhv ola bilər

Rusiyanın taxıl ehtiyatları məhv ola bilər
# 08 dekabr 2010 07:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiyanın strateji taxıl ehtiyatları təhlükə altındadır. Taxılın bir hissəsi ya pis şəraitdə, ya da müflisləşmə prosedurunu keçən müəssisələrin anbarlarında saxlanılır.

«APA-Economics»in «RBK daily»ə istinadən verdiyi məlumata görə, bununla bağlı müdaxilə fondunda saxlanılan taxılın qorunmasını təmin edən Birləşmiş Taxıl Şirkəti və «Rosselxozbank» Rusiya Kənd Təsərrüfatı Nazirliyindən risk zonasında olan taxılın satılmağını xahiş edib. Təhlükə altında olan taxılın həcmi 300 min ton təşkil edir. Öz növbəsində Kənd Təsrrüfatı Nazirliyi hökumətə hələlik fondun 178 min ton taxılının realizəsi barədə təklif verib.

Qeyd edək ki, hazırda Rusiyanın dövlət fondunda dəyəri 1,5 mln. ABŞ dolları təşkil edən 2005, 2008 və 2009-cu illərin məhsulu saxlanılır. Sözügedən məhsul ölkənin 56 regionunun 466 müəssisəsinin balansındadır. Müflisləşmə prosedurunu hazırda 14 kənd təsərrüfatı müəssisəsi keçir ki, onların anbarlarında 180 min ton taxıl var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR