Bank Of Baku

Rusiyada qarabaşağın qiyməti toyuq ətinin qiymətinə çatıb

Rusiyada qarabaşağın qiyməti toyuq ətinin qiymətinə çatıb
# 10 dekabr 2010 07:25 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya hökumətinin xüsusi diqqət mərkəzində olmasına baxmayaraq, bazarda qarabaşağın qiyməti artmaqda davam edir.

APA-Economics”in “RBK daily”yə istinadən xəbərinə görə, hazırda topdan satış mərkəzləri qarabaşağın 1 kq-nı 70-80 rubla (2 dollar 30-60 sent) alırlar.

Dükanlara çıxana qədər qarabaşağın qiyməti Yeni ilədək 100 rubla (3,22 dollar) çata bilər. Artıq Moskvanın mərkəzində 0,9 kq qarabaşaq 105 rubla (3,38 dollar) satılır.

Bazar iştirakçılarının dediyinə görə, hazırda qarabaşağın pərakəndə satış qiyməti ən ucuz və çoxsatılan ətin - toyuq ətinin qiyməti ilə bərabərləşib. Belə ki, paytaxt supermarketinin internet mağazasında 1 kq qarabaşağı 84 rubla (2,70 dollar), 1 kq qablaşdırılmış toyuq ətini isə 89 rubla (2,87 dollar) almaq mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR