Bank Of Baku

Aydın Əliyev: «Dövlət Gömrük Komitəsi taxıl və un idxalının ƏDV-dən azad edilməsini dəstəklyib»

Aydın Əliyev: «Dövlət Gömrük Komitəsi taxıl və un idxalının ƏDV-dən azad edilməsini dəstəklyib»
# 10 dekabr 2010 08:56 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Dekabrın 1-dən indiyədək Azərbaycana xaricdən 53 min ton buğda gətirilib. «APA-Economics»in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.

Onun sözlərinə görə, hələlik taxılın idxalında ciddi artım müşahidə olunmur və idxal prosesi əvvəlki həcmlərdə davam edir. A.Əliyev bildirib ki, dekabrın 1-dən idxal olunan taxıl və una ƏDV-nin ləğvi barədə təklifi DGK da dəstəkləyib: «Doğrudan da bu qərarın vaxtı idi, çünki dünya bazarında taxılın qiyməti kəskin artır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR