Bank Of Baku

Rusiyada konyakın da qiyməti bahalaşır

Rusiyada konyakın da qiyməti bahalaşır
# 14 dekabr 2010 08:10 (UTC +04:00)
Bakı - APA-Economics. Gələn il yanvarın 1-dən Rusiyada yarım litrlik konyakın qiyməti minimum 193 rubl (6,2 dollar) olacaq.

APA-Economics”in xəbərinə görə, bu barədə Rusiya Alkoqol Bazarının Tənzimlənməsi üzrə Federal Xidmət tərəfindən müvafiq qərar qəbul edilib.

Qərara uyğun olaraq Rusiya istehsalı olan konyakın minimal buraxılış qiyməti 152 rubl (4,9 dollar), idxal olunan konyakın buraxılış qiyməti isə 167 rubl (5,3 dollar) həcmində müəyyənləşdirilib.

Qeyd edək ki, Federal Xidmət bir müddət əvvəl arağın da pərakəndə satış qiymətini qaldırıb. Yanvarın 1-dən qüvvəyə minəcək qərarla araq daha 89 rubla (2,8 dollara) deyil, 98 rubla (3,1 dollara) satılacaq. Spirtli içkilərin qiymət artımı Rusiya hökumətinin anti-alkoqol siyasətini gücləndirməsi fonunda baş verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR