Bank Of Baku

Dövlət Statistika Komitəsi: Azərbaycanda taxıl istehsalı 33% azalıb

Dövlət Statistika Komitəsi: Azərbaycanda taxıl istehsalı 33% azalıb
# 15 dekabr 2010 13:51 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ölkədə həmçinin 953,7 min ton kartof, 1 178,9 min ton tərəvəz, 35,3 min ton pambıq, 711 min ton meyvə və giləmeyvə, 433,2 min ton bostan məhsulları, 123,4 min ton üzüm, 218 min ton şəkər çuğunduru, 3,2 min ton tütün, 530,5 ton yaşıl çay yarpağı toplanıb, diri çəkidə 303,2 min ton ət, 1 400,9 min ton süd, 1 081,8 mln. ədəd yumurta və 15,4 min ton yun istehsal olunub. Taxıl və kartof istisna olmaqla qalan bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı keçən illə müqayisədə artıb.

Dəyər ifadəsində heyvandarlıq məhsulları istehsalı 7,1% artıb, bitkiçilik məhsulları istehsalı 9% və kənd təsərrüfatının ümumi məhsulu 2,7% azalıb.

Qeyd edək ki, 2011-ci ilin məhsulu üçün 973,1 min hektar sahədə şum qaldırılııb, 836,3 min hektar sahədə dən üçün taxıl, o cümlədən 602 min hektar sahədə buğda, 234,2 min hektar sahədə arpa səpilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR