Bank Of Baku

Azərbaycan və İordaniya birgə şirkət yaradır

Azərbaycan və İordaniya birgə şirkət yaradır
# 18 dekabr 2010 08:56 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. İordaniya Ticarət Palatası (JCC) İordaniya-Azərbaycan kənd təsərrüfatı şirkətinin yaradılmasını dəstəkləyir. APA-nın İordaniyanın «Petra» Dövlət İnformasiya Agentliyinə istinadən verdiyi məlumata görə, bunu JCC-nin sədri İssa Murad bildirib.

İ. Murad bildirib ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və birgə şirkətin yaradılmasına dair müzakirələr aparılıb.

İ. Murad bildirib ki, İordaniya kralı II Abdullah iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycanla əlaqələri gücləndirmək tapşırığı verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR