Bank Of Baku

Azərbaycan spirtli içki ixracını 31% artırıb

Azərbaycan spirtli içki ixracını 31% artırıb
# 21 dekabr 2010 08:57 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən ümumi dəyəri 1 067,7 min ABŞ dolları olan 1 183 347,5 litr spirt gətirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə gətirilən spirtin həcmi 10,3%, dəyəri isə 18,6% azalıb.

Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu dövrdə ölkəyə ümumi dəyəri 8 459,6 min dollar olan 4 609 675 litr spirtli içki gətirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə gətirilən spirtli içkilərin həcmi 26,1%, dəyəri isə 8,0% azalıb.

Əvəzində hesabat dövründə Azərbaycandan ixrac edilən spirtli içkilərin həcmində artım qeydə alınıb. Bu ilin ilk 11 ayında Azərbaycandan xaricə ümumi dəyəri 12 510,0 min dollar olan 8 202 669,5 litr spirtli içki ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac olunan spirtli içkilərin həcmi 26,1%, dəyəri 31% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR