Bank Of Baku

Azərbaycan noyabrda tütün məmulatlarının ixracını dayandırıb

Azərbaycan noyabrda tütün məmulatlarının ixracını dayandırıb
# 21 dekabr 2010 13:55 (UTC +04:00)
Ötən ilin eyni dövrünə nisbətən ölkəyə gətirilən tütünün həcmi 0,79% azalıb, dəyəri isə əksinə, 33,34% artıb.

İlin ilk 11 ayında Azərbaycana xaricdən ümumi dəyəri 198 744,9 min dollar olan 10 057 713,4 min ədəd tütün məmulatı gətirilib. Ötən ilin ilk 11 ayı ilə müqayisədə ölkəyə gətirilən tütün məmulatlarının həcmi 1,2% azalıb, dəyəri isə 1,84% artıb.

Hesabat dövründə Azərbaycandan xaricə ümumi dəyəri 5 091,2 min dollar olan 1 888,5 ton tütün ixrac edilib. Ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə ixrac olunan tütünün həcmi 16,58%, dəyəri 36,62% artıb.

Noyabr ayında Azərbaycandan xaricə tütün məmulatı ixrac edilməyib. İlk 11 ayda ölkədən xaricə ümumi dəyəri 936,1 min dollar olan 116,09 mln. ədəd tütün məmulatı ixrac edilib. Ötən ilə nisbətən ixrac olunan tütün məmulatlarının həcmi 43,7%, dəyəri 23,02% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR