Bank Of Baku

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 3,7% bahalaşıb

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 3,7% bahalaşıb
# 22 dekabr 2010 07:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin noyabr ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 1,8%, yanvar-noyabr aylarında isə 2009-cu ilin müvafiq dövrünə nisbətən 3,7% bahalaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin noyabr ayında birillik və ikiillik bitkilər üzrə qiymət indeksi əvvəlki aya nisbətən 103,5% təşkil edib. Bu bölmədə dənli bitkilər, paxlalı bitkilər və yağlı toxumların istehsalçı qiymətləri 5,7%, tərəvəz, bostan məhsulları, kökümeyvəli və köküyumruluların qiymətləri isə 2% bahalaşıb.

Çoxillik bitkilərdən tropik və subtropik meyvələrin istehsalçı qiymətləri 0,2%, sitrus meyvələrin 3,7%, tumlu və çəyirdəkli meyvələrin 2,5%, sair meyvə ağacları, kol meyvələri və qoz-fındığın 3%, içki istehsalı üçün kənd təsərrüfatı bitkilərinin 0,3%, soğanaqlar, köküyumrular və köklər, şitil və qələmlər; göbələk tellərinin qiymətləri 1,4% bahalaşıb, üzümün qiymətləri isə 11,4% ucuzlaşıb.

Heyvandarlıq bölməsində qoyun və keçilər, onların çiy südü və yununun istehsalçı qiymətləri 3% bahalaşıb, iri-buynuzlu mal-qara və onların məhsullarının 0,3%, diri ev quşların və onların yumurtalarının istehsalçı qiymətləri isə 0,2% ucuzlaşıb.

Ay ərzində balıq və sair balıqçılıq məhsullarının istehsalçı qiymətlərində 1,5% ucuzlaşma müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR