Bank Of Baku

Gələn il Azərbaycanda taxıl istehsalının 25% artması gözlənilir

Gələn il Azərbaycanda taxıl istehsalının 25% artması gözlənilir
# 23 dekabr 2010 11:39 (UTC +04:00)
Bu barədə “APA-Economics”ə açıqlamasında Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

Onun sözlərinə görə, bu il 900 min hektar əkin sahəsində səpin aparılıb: “Bunun nəticəsində gələn il əkin sahələrindən 2,5 milyon ton taxıl götürülməsini proqnozlaşdırırıq. Bu isə builki göstəricidən bir qədər çox olacaq. Lakin biz bu rəqəmi gələcəkdə artırmalıyıq, buna imkanlarımız da var. Belə ki, 2009-cu ildə Azərbaycanda 3 milyon tona yaxın taxıl istehsal olunub”.

Bununla belə, nazir ölkədə kifayət qədər taxıl ehtiyatının olması üçün taxıl idxalının davam etdiriləcəyini də vurğulayıb.

Qeyd edək ki, bu il Azərbaycanda 2 mln. tondan artıq taxıl istehsal olunub. Bu, ötən illə müqayisədə 33% azdır. Göründüyü kimi, gələn il Azərbaycanda taxıl istehsalının 25% artması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR