Bank Of Baku

Azərbaycanda havaların xoş keçməsi nəticəsində əlavə 50 min hektarda səpin işləri aparılıb

Azərbaycanda havaların xoş keçməsi nəticəsində əlavə 50 min hektarda səpin işləri aparılıb
# 23 dekabr 2010 11:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda havaların xoş keçməsi kənd təsərrüfatına həm müsbət, həm də mənfi təsir göstərir.

APA-Economics”in xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda uzun zamandır ki, yağıntı qeydə alınmır, havalar normadan isti keçir: “Bunun müsbət tərəfi odur ki, yağmursuzluq noyabr-dekabr aylarında səpin işlərinin aparılmasına müsbət təsir göstərib. Nəticədə əlavə 50 min hektarda səpin işləri aparmağa nail olmuşuq. Mənfi tərəfi isə odur ki, havaların isti keçməsi kənd təsərrüfatında ziyanvericilərin sayının artmasına səbəb olur. Ümumiyyətlə, yağış və qar aqrar sahə üçün mühüm faktordur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR