Bank Of Baku

Bu il Azərbaycanda bir çox məhsulların istehsalında artım müşahidə olunub

Bu il Azərbaycanda bir çox məhsulların istehsalında artım müşahidə olunub
# 23 dekabr 2010 12:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu il Azərbaycanın kənd təsərrüfatı sahəsində taxıl (o cümlədən ərzaq buğdası) istisna olmaqla bir çox məhsulların istehsalında artım müşahidə olunub.

APA-Economics”in xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

Onun sözlərinə görə, bitkiçilik, pambıq, üzüm, bostan məhsulları, meyvə-tərəvəz və heyvandarlıq sahəsində ötən illə müqayisədə artım qeydə alınıb: “Bu il taxıl istehsalının azalması ümumilikdə kənd təsərrüfatı istehsalının da azalmasına səbəb olub. Lakin bunu nəzərə almasaq, kənd təsərrüfatı istehsalında artım olduğunu deyə bilərik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR