Bank Of Baku

Azərbaycan hökuməti kənd təsərrüfatına dair bəzi qərarlarına dəyişikliklər edib

Azərbaycan hökuməti kənd təsərrüfatına dair bəzi qərarlarına dəyişikliklər edib
# 27 dekabr 2010 16:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Nazirlər Kabineti bəzi qərarlarına dəyişikliklər edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Baş nazir Artur Rasizadənin imzaladığı qərarla «Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları»ı və «Aqrolizinq» ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları»na dəyişiklik edilib.

Dəyişikliyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçılarına yardımları almaq üçün plastik kartlar üç il müddətinə veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR