Bank Of Baku

Bakıda yeni zeytun bağı salınır

Bakıda yeni zeytun bağı salınır
# 07 yanvar 2011 09:19 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, bu məqsədlə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən sahibkar Firuz Rzayevə 400 min manat güzəştli kredit ayrılıb.

Layihədə qəsəbədə istifadəsiz və sənaye tullantıları ilə çirklənmiş 200 hektar torpaq sahəsinin təmizlənməsi, aqrotexniki xidmət göstərməklə əkinə hazırlanması və yüksək məhsuldar zeytun tinglərinin əkilməsi nəzərdə tutulub. Bu məqsədlə Türkiyədən 100 min ədəd xüsusi zeytun tingləri gətiriləcək. Tinglərin bir hissəsi artıq gətirilib və əkin işlərinə başlanılıb.

Yeni zeytun bağı üçüncü ildən başlayaraq məhsul verəcək. Əkin işləri tam başa çatdıqdan sonra gələcəkdə ildə 2 min tonadək məhsul götürülməsi gözlənilir. Bu layihənin reallaşması 20 yeni iş yerinin açılmasına imkan verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR